Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Təkrar ali təhsili almaq üçün sənəd qəbulu elan edilir
Təkrar ali təhsili almaq üçün sənəd qəbulu elan edilir

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ 2016/2017-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsili almaq üçün sənəd qəbulu elan edir

Mühasibat uçotu və audit
Menecment
İqtisadiyyat
Dünya iqtisadiyyatı
Biznesin idarəedilməsi
Ekologiya mühəndisliyi
Kimya mühəndisliyi
Elektrik mühəndisliyi
Elektroenergetika mühəndisliyi
İstilik energetikası mühəndisliyi
Enerji maşınqayırması mühəndisliyi
Kompüter mühəndisliyi
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
İnformasiya texnologiyaları mühəndisliyi
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olması şərtilə təkrar ali təhsili ala bilərlər.

Sənədlərin qəbulu 2016-cı ilin iyul ayının 25-dən avqust ayının 25-dək aparılır.

Göstərilən müddətdə təqdim olunan sənədlər Təhsil Nazirliyinə təqdim olunur, yoxlanıldıqdan sonra universitetin müsahibə komissiyasından keçməyə icazə verilir. Müsahibədən uğurla keçən məzunlar universitetin tələbələri sırasına qəbul olunur.

Təkrar ali təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Rektorun adına ərizə;
Ali təhsili haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
Əmək kitabçasının surəti (rəsmi qaydada təsdiqlənmiş);
2 ədəd fotoşəkil (3×4 sm);
Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda təsdiqedici sənəd).

Ünvan: Sumqayıt şəhəri, 16 məhəllə, ev 38 A, otaq 120
Tel.: (018) 654-13-29

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az