Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Yenidən hazırlanma təhsili almaq üçün sənəd qəbulu
Yenidən hazırlanma təhsili almaq üçün sənəd qəbulu

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ 2016/2017-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla yenidən hazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir

Riyaziyyat müəllimliyi
İnformatika müəllimliyi
Riyaziyyat və informatika müəllimliyi
Kimya müəllimliyi
Kimya və biologiya müəllimliyi
Biologiya müəllimliyi
Coğrafiya müəllimliyi
Tarix müəllimliyi
Tarix və coğrafiya müəllimliyi
Fizika müəllimliyi
İbtidai sinif müəllimliyi (azərbaycan və rus bölmələri)
Azərbaycan dili və ədəbiyyat müəllimliyi

Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə yenidənhazırlanma təhsili ala bilərlər.

Sənədlərin qəbulu 2016-cı ilin iyul ayının 25-dən avqust ayının 25-dək aparılır.

Göstərilən müddətdə təqdim olunan sənədlər Təhsil Nazirliyinə təqdim olunur, yoxlanıldıqdan sonra universitetin müsahibə komissiyasından keçməyə icazə verilir. Müsahibədən uğurla keçən məzunlar universitetin tələbələri sırasına qəbul olunur

Təhsil müddəti 1 ildir.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Rektorun adına ərizə;
Ali təhsili haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
Əmək kitabçasının surəti (rəsmi qaydada təsdiqlənmiş);
2 ədəd fotoşəkil (3×4 sm);
Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda təsdiqedici sənəd).

Ünvan: Sumqayıt şəhəri, 16 məhəllə, ev 38 A, otaq 120
Tel.: (018) 654-13-29

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az