Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Dəvət məktubu
Dəvət məktubu

Qafqaz Universitetlər Birliyi, Ərdahan Universiteti rektorunun dəvəti ilə Türkiyə Universitetləri Ərdahan, Artvin Çoruh, Atatürk,  Kars Qafqaz, İğdır Universitetləri, Gürcüstan Respublikasından Axıska Dövlət Universiteti və Azərbaycan Respublikasından Naxçıvan Dövlət Universitetlərinin rektorları tərəfindən 11 noyabr 2009-cu ildə Ərdahan da imzalanan protokolla yaradıldı.
Sumqayıt Dövlət Universitetinin də üzvü olduğu 2011-ci ildən Qafqaz Universitetlər Birliyinin Olağan Konqresi hər il mütəmadi olaraq keçirilir. 20-21 may 2013-cü ildə III Olagan Konqresi Bakıda keçirilmişdir. Bu Konqresdə Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarrov da iştirak etmişdir.Həmin il ilk dəfə birlik tərəfindən “Bilim ödülü” təqdim edilmişdir.
Bölgələrarası iş birliyini artırmaq, ölkələrarası tələbə-müəllim mübadiləsini sürətləndirmək, həyata keçiriləcək birgə layihələr və araşdırmalarla, düzənlənəcək bölgə gəncliyini müştərək bir gələcək ölkə ətrafında birləşdirməkdə olan Qafqaz Universitetlər Birliyinin VI Olagan Konqresi 20 may 2016-cı il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcəkdir. Konqresə Sumqayıt Dövlət Universiteti də dəvətlidir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az