Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecə qəbul olunan tələbələrin nəzərinə.
Tam orta təhsil bazasından və ümumi orta təhsil bazasından qəbul olunan tələbələr - Qeydiyyat zamanı aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. Şəxsiyyəti təsdiq edən sənədin surəti (3 ədəd)
2. Təhsil haqqında sənədin əsli (attestat, şəhadətnamə)
3. Qırmızı fonda 3x4sm ölçüdə 4 ədəd rəngli şəkil
4. İş nömrə, parol
5. Yaşayış yerindən arayış
6. Sağlamlıq haqqında arayış
7. Tərcümeyi – hal Qeyd: Ödənişdən azad olunmaq aşağıdakı hallara aiddir: Məcburi köçkün və Şəhid ailələri; Qarabağ müharibəsi əlili ailəsindən; Hər iki valideyni itirmiş şəxslər; Bir valideyni vəfat etmiş və o biri valideyni I və ya II qrup əlil olan 18 yaşınadək şəxslər; I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxlər. Həmin şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər: Özünün və valideynlərinin məcburi köçkün vəsiqələrinin surətlərini, qaçqınkomdan arayış, Qarabağ müharibəsi əlilliyini təsdiq edən valideynin vəsiqəsinin surətini və SHXÇDX İdarəsindən arayış (müharibəyə hansı S.H.X.Ç.D.X.İ.tərəfindən göndərilmişdirsə oradan), Valideynin vəfatı və o biri valideynin I və II qrup əlili olduğunu təsdiq edən vəsiqə və DSMF-dan arayış və şəxsin özünün əlilliyini təsdiq edən vəsiqə və DCMF-dan arayış təqdim etməlidirlər.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az