Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Magistrantların XIX Respublika elmi konfransı. 
15-16 may 2019-cu il  tarixlərində Sumqayıt Dövlət Universitetində magistrantların XIX Respublika elmi konfransı keçiriləcək. 
 
             Bölmələr
1.  Fizika və elektroenergetika
2.  Riyaziyyat
3.  Mexanika
4.  Yeni informasiya texnologiyaları
5.  Kimya və kimya-texnologiya
6.  Biologiya
7.  Ekologiya
8.  Ümumi tarix
9.  Coğrafiya 
10.İnnovasiyalı iqtisadiyyatın inkişafının müasir problemləri
11.Müəssisələrin iqtisadiyyatı və idarə edilməsi
12.İqtisadi fəaliyyət növləri üzrə aktual məsələlər
13.Qloballaşma şəraitində dövlətin iqtisadi siyasətinin formalaşması
14.Dilçilik
15.Ədəbiyyatşünaslıq
16.Metodika
17.Pedaqogika və psixologiya
18.Azərbaycan multikulturalizmi
 
Tezislər A4 formatlı kağızda (şrift- Times New Roman, şriftin ölçüsü- 11pt, interval-12 səhifədən çox olmamaqla 1 nüsxədə çap edilməli, elektron daşıyıcı ilə telefone-mail ünvanları göstərilməklə 2019-cu il aprel ayının 17-dən gec olmayaraq Təşkilat komitəsinə (Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universiteti, AZ 5008, 43-cü məhəllə, 2-ci mərtəbə, otaq 243, tel: 018 642-12-63; 012 448-08-37; 050 339-68-36) təqdim olunmalıdır.
Tezislər təqdim olunan zaman proqrama uyğun aid olduğu bölmə sonda göstərilməlidir.                          
 
25 mm
MÖVZUNUN ADI (BAŞ HƏRFLƏRLƏ, yağlı, ortada) 
 
 20mm                              20mm
Müəllifin soyadı, adı və atasının adı (kursiv, yağlı, ortada)
 
Ali məktəbin adı (kursiv, ortada)
  Tezisin mətni 
 
  Bölmənin adı
 
                  25 mm
 
Bir müəllifdən 2-dən artıq tezis qəbul edilmir. Qeydiyyat xərcləri hər tezis üçün 5 AZN.
Tezislər müəllifin təhsil aldığı müəssisə rəhbərinin Təşkilat komi­təsinin sədri prof E.B Hüseynova ünvanlanmış məktubu ilə birlikdə təqdim olunmalıdır. Konfransın açılışı 15 may 2019-cu il saat 1100-da SDU-nun akt zalında olacaqdır.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az