Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

MƏLUMAT MƏKTUBU
 
Hörmətli həmkarlar!
 
Sizi 23-24 oktyabr 2018-ci il tarixində Sumqayıt Dövlət Universitetində keçiriləcək “Biologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransında iştirak etməyə dəvət edirik.
Konfransın bölmələri:
1.İnsan və heyvan fiziologiyası. Bitki fiziologiyası.
2.Biokimya. Biofizika. Molekulyar biologiya. Genetika.
3.Zoologiya. Ekologiya. Torpaqşünaslıq.
4.Botanika. Mikrobiologiya. Mikologiya.
5.Biologiyanın tədrisi metodikası.
 
Tezislərin tərtibatına qoyulan tələblər:
1.Format−A4, şrift–Times New Roman,boş sahə hər tərəfdən 2 sm; şriftin ölçüsü− 12 pt, sətirarası interval−1,5; abzas -1,25 sm;
2.Tezisin adı–ortadan, qalın şriftlə, böyük hərflərlə;
3.Müəllifin soyadı, adı, atasının adı, iş yeri kursivlə;
4.Ədəbiyyata istinadlar kvadrat mötərizədə verilir;
5.Tezisin mətni−3 səhifə həcmində.
 
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
İştirak forması: əyani, qiyabi
Qeydiyyat ödənişsizdir.
•Konfrans materialları redaktə olunmayacaq, təqdim olunan tezislərə görə bütün məsuliyyəti müəllifin özü daşıyır. 
•Təşkilat komitəsi tərəfindən qəbul edilməyən materiallar geri qaytarılmır. 
 
Konfransın materialları sdu.edu.az saytında yerləşdiriləcək.
Materiallar elektron formada conference.ssu@mail.ru elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada 30 sentyabr 2018-ci il tarixinədək aşağıdakı ünvanda qəbul olunur:
Sumqayıt ş. 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti, Kimya və biologiya fakültəsi, Biologiya və onun tədrisi metodikası kafedrası.
Təşkilat komitəsi ilə əlaqə:
Tel: (+99450 (77)) 341 63 64, (+99418) 644 70 89
Əlaqələndirici şəxs; dos. A.Y.Baxşalıyev
 

 

 
 
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az