Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT  DÖVLƏT  UNİVERSİTETİ
MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!
 
Sizi 04-05 dekabr 2018-ci il tarixində Sumqayıt Dövlət Universitetində keçiriləcək “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
 
Konfransın bölmələri:
1.Qloballaşma və ədəbiyyat: araşdırmalar,  transformasiyalar, qarşılıqlı təsirlər
2.Qloballaşma və multikultural dəyərlər
3.Tərcümə mədəniyyətinin qloballaşmada mövqeyi və yeri
4.Bədii ədəbiyyatda azərbaycançılıq ideologiyası
 
 Tezislərin tərtibatına qoyulan tələblər:
1.Format−A4, şrift–Times New Roman,boş sahə hər tərəfdən 2 sm; şriftin ölçüsü− 12 pt, sətirarası interval−1,5; abzas -1,25 sm;
2.Tezisin adı–ortadan, qalın şriftlə, böyük hərflərlə;
3.Müəllifin soyadı, adı, atasının adı, iş yeri, kursivlə;
4.Ədəbiyyata istinadlar kvadrat mötərizədə verilir;
5.Tezisin mətni−3 səhifə həcmində.
 
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
İştirak forması: əyani, qiyabi
Qeydiyyat ödənişsizdir.
•Konfrans materialları redaktə olunmayacaq,  təqdim olunan tezislərə görə bütün məsuliyyəti müəllifin özü daşıyır. 
•Təşkilat komitəsi tərəfindən qəbul edilməyən materiallar geri qaytarılmır. 
 
Konfrans materialları avtandil.aqbaba@mail.ru elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada 15.11.2018-ci il tarixinədək aşağıdakı ünvanda qəbul olunur: 
Sumqayıt şəhəri, 16-cı məhəllə, Sumqayıt Dövlət Universiteti, II mərtəbə,  otaq 214,   Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrası.
 
 
Əlaqə telefonları: 018-655-27-78
                                050-359-06-83
e-mail: avtandil.aqbaba@mail.ru
                                                                                                         Təşkilat komitəsi
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az