Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN

26.05.2018-ci il tarixində saat 1200-da 227-saylı auditoriyada SDU-nun Filologiya fakültəsinin məzunu Nurlan Səmədlinin “Universitetdən Başlayan Karyera” adlı təlimini təşkil edəcəkdir. Nurlan Səmədli Panda School layihəsinin tərtibatçısı, 2014-2016-cı illər üzrə İcraçı direktoru, 2016-cı ildə AAAF Park satış mütəxəssisi, 2016-2017-ci illərdə REDUCO Şəmkir filialının direktoru, 2017-2018-ci illərdə Araz Marketlər Şəbəkəsində mağaza müdiri işləmişdir. 2018-ci ildən  SUMM GROUP Şirkətinin qurucusu və Delta Kabel Market şirkətinin satış və marketinq direktoru vəzifəsində çalışır. ASAN Xidmət təcrübəsi vardır və 2017-ci ildə Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə fəal ASAN Könüllüsü mükafatına layiq görülmüşdür. Təlimdə Tələbələrin universitet illərində toplaya biləcəyi təcrübə proqramları və iş imkanlarına yiyələnmək, Universitet dövründə tədris prosesinə mane olmadan hansı işlərdə çalışmaq olar və Məzun olduqdan sonra karyerada atılacaq addımlar müzakirə olunacaqdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az