ELAN
TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!
Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə
"Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə “Aprel mesajı” mövzusunda
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universiteti tələbələri arasında esse müsabiqəsinin keçirilməsi" adlı layihə həyata keçirir. Layihənin məqsədi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel ayında apardığı uğurlu hərbi əməliyyatlar və ermənilər üzərində qazanılmış hərbi psixoloji və mənəvi uğurları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universiteti tələbələri arasında keçirilən esse müsabiqəsi vasitəsilə təbliğ etməkdir.
Müsabiqəyə təqdim olunacaq esselər sayt və sosial şəbəkələr vasitəsilə yayımlanacaq və sonda kitab şəklində nəşr ediləcək. Qaliblərə diplom və qiymətli hədiyyələr:
-birinci yer üçün 1 nəfərə noutbıık,
-ikinci yer üçün 2 nəfərə planşet,
-üçüncü yer üçün 3 nəfərə telefon,
-9 nəfərə isə həvəsləndirici mükafat olaraq fəxri fərman təqdim olunacaq.
 
Esselər bu elektron ünvana göndərilməlidir: ssp_mtim@mail.ru
Müsabiqəyə yazılar may ayının 20-dən avqust ayının 30-dək təqdim olunmalıdır.
Qaliblərin mükafatlandırılması, kitabın nəşri və təqdimatı sentyabr ayında olacaq.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az