Əsas səhifə | Elmi katib
Elmi katib
Elmi katib universitetin Elmi Şurasının iş planının layihəsini hazırlayır, Şuranın işini və iclasların keçirilməsini təsdiq edilmiş plana uyğun təşkil edir. Elmi Şuranın iclaslarında müzakirə olunacaq məsələlərə dair zəruri materialları əvvəlcədən Elmi Şuranın üzvlərinə çatdırır, Şurada baxılacaq məsələlərə dair uyğun sənədləri yoxlayıb qəbul edir. Elmi Şuranın iclaslarının protokollarını tərtib edərək Şuranın sədri ilə birlikdə imzalayır. Protokolların və digər zəruri sənədlərin saxlanmasını təmin edir. 
Elmi adların verilməsi ilə bağlı Ali Attestasiya Komissiyası ilə əlaqə saxlayır, Respublikanın, eləcə də xarici ölkələrin təhsil və elm müəssisələrindən daxil olan elmi işlərə rəylərin hazırlanmasını təşkil edir. Tədris ilinin sonunda Elmi Şuranın işi haqqında hesabat hazırlayır və Elmi Şuranın sədrinə təqdim edir.
2017-ci ildən Elmi katib vəzifəsinə Kimya və onun tədrisi metodikası kafedrasının professoru M.M.Səmədov seçilmişdir. O, 1971-ci ildə Bakı şəhər 5 №-li Kimya-biologiya təmayüllü orta məktəbi, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu qeyri-üzvi maddələrin texnologoyası ixtisası üzrə bitirib. 1983-cü ildə aspiranturaya daxil olub, 1989-cu ildə Moskva şəhərində Mineral gübrələr üzrə elmi-tədqiqat İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 
2000-ci ildə dosent elmi adı alıb, 2015-ci ildə doktorluq dissertasiyası müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2015-ci ildə Ümimi və qeyri-üzvi kimya kafedrasının müdiri təyin edilmişdir. 2017-ci ildəSDU-nun Elmi katibi seçilmişdir.  Azərbaycan Respublikası Prezidentinin 02.11.2017-ci il tarixli Sərəncamı ilə ona Əməkdar müəllim fəxri adı verilmişdir. Elmi fəaliyyətinin əsas istiqaməti təbii fosfatların intensivləşdirici komponentlərin iştirakı ilə sulfat turşusunda parçalanması prosesinin tədqiqidir. 120-dən artıq elmi və tədris-metodiki işin müəllifidir.Elmi məqalələri Respublikamızın elmi nəşrlərindən başqa Rusiyanın, Türkiyənin, ABŞ-ın və İngiltərənin nüfuzlu elmi jurnallarında da dərc olunmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az