Əsas səhifə | Azad Həmkarlar İttifaqı Komitəsi
Azad Həmkarlar İttifaqı Komitəsi
Məlumdur ki, ali təhsil müəssələrinin ictimai həyatında və idarə olunmasında həmkarlar təşkilatları olduqca önəmli rol oynayır. Bu baxımdan SDU Azad Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti mərhələ-mərhələ zənginləşərək bügünkü səviyyəyə çatmışdır . SDU-da Həmkarlar İttifaqı bu ali məktəbin  Az.NKİ-nin tədris məntəqəsi kimi fəaliyyət göstərdiyi bir dövrdə -1963 cü ildə yaradılmışdır. Bu müddət ərzində SDU-da istər kəmiyyət, istərsə də keyfiyyət baxımından önəmli dəyişikliklər olmuş, institut  mərhələ-mərhələ inkişaf edərək universitet statusu qazanmışdır. Universitetin Həmkarlar İttifaqı onunla birlikdə inkişaf yolu keçmişdir. Sevindirici haldır ki, professor-müəllim heyəti və əməkdaşlar arasında üzvlərin sayı 35 nəfərdən 859 nəfərə çatmışdır. Zaman keçdikcə Həmkarlar İttifaqı tərkibində Tələbələrin də Həmkarlar İttifaqı Komitəsi yaranmışdır. Beş mindən çox üzvü olan ələbə Həmkarlar İttifaqı Komitəsi hazırda müstəqil şəkildə fəaliyyət göstərir.
Azad Həmkarlar İttifaqı Komitəsi universitetdə nizam-intizamın möhkəmlənməsində,  mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində, əməkdaşların sosial rifahının yüksəlməsində, onların asudə vaxtlarının səmərəli keçirilməsində vaxtaşırı əhəmiyyətli işlər həyata keçirmişdir. Son bir neçə ildə universitetdə vətənpərvərlik mövzusunda keçirilən tədbirlər, elmi-praktiki konfranslar bütövlükdə çoxsaylı professor-müəllim və tələbə heyətinin ictimai-siyasi fəallığının güclənməsinə səbəb olmuşdur.
Hər üç ildən bir rektorluqla Həmkarlar İttifaqı arasında kollektiv müqavilə imzalanır. Bu müqavilədə kadr hazırlığı və ixtisasartırma, əməyin mühafizəsi, əməkdaşların sosial rifahı və onların sağlamlığının qorunması, kompensasiyaların verilməsi kimi məsələlər öz əksini tapmışdır. Azad Həmkarlar İttifaqı Komitəsi əməkdaşların sosial vəziyyətini yaxşılaşdırmaq üçün rektorluqla birgə daxili imkanlar hesabına onlara əlavə əməkhaqqının verilməsində yaxından iştirak edir. Həmçinin komitənin büdcəsindən ehtiyacı olanlara maddi yardımlar göstərilir.
Bütün bu işlərin səmərəli təşkili üçün universiet Həmkarlar İttifaqı Komitəsi idarə heyəti üzvləri arasında müvafiq vəzifə bölgüsü aparmış və öz tərkibində aşağıdakı komissiyaları yaratmışdır:
-sosial–məişət və mədəni-kütləvi tədbirlər üzrə komissiya;
-idman və bədən tərbiyəsi üzrə komissiya;
-təftiş komissiyası.
Ayrı-ayrı vaxtlarda universitetin Azad Həmkarlar İttifaqı Komitəsinə baş müəllim A.Əhmədov, dos.M.Əliyev, dos.R.Cəlilov, dos.Q.Bayramov, dos.T.Quliyev, dos.T.Cəfərov rəhbərlik etmişlər. Hal-hazırda SDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinə 4 may 2017–ci ildən dos. Elmar Xəlilov rəhbərlik edir .
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az