Əsas səhifə | Maddi-texniki bazası
Maddi-texniki bazası

Kollecin maddi-texniki bazasının
(auditoriya, kabinet, laboratoriya və s.) vəziyyəti və təchizatı

Kollecin ümumi sahəsi 13432,9 kv.m təşkil edir. Kollecin həyətyanı sahəsi 4000 kv.metrdir. 100 nəfərlik akt zalı (ümumi sahəsi 140 kv.m.),
Tədris korpusu   (sahəsi 2999,7 kv.m.) yerləşir. Kollecdə 35 auditoriya və fənn tədris kabineti, müəllimlər otağı və inzibati otaqlar vardır.
Tədris korpusunun hər mərtəbəsində yanğından mühafizə lövhəsi və ləvazimatları vardır. Tədris korpusu müasir isitmə sistemi ilə qızdırılır.
Kollecdə 6 ədəd elektron lövhə, 10 ədəd proyektor və pərdə, 7 ədəd skaner, printer və sürətçıxaran, 3 ədəd televizor,1 ədəd elektrik tikiş maşını vardır.
Texniki təlim vasitələri ilə təchiz olunmuş əyani tədris ləvazimatları ilə tərtib edilmiş fənn kabinetləri, emalatxana, kitabxana, oxu zalı, idman meydançası, trenajor zalı və kompüter otaqları tələbələrin ixtiyarındadır.  Bütün fənn kabinetləri və auditoriyalarda parta və stullar yeniləri ilə əvəz olunmuşdur. Kimya və fizika laboratoriyaları yaradılmışdır. Bütün fənn kabinetlərində yeni şkaflar vardır.
Kollecdə Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat və informatika, İngilis dili, Gənclərin çağırışaqədərki hazırlığı, Yol hərəkətinin təşkili, Avtomobil nəqliyyatının hərəkət tərkibi, Rəsmxət, Texniki mexanika, Mühasibat uçotu , Maliyyə, Elektrotexnika, Biologiya, və.s  fənn kabinetləri fəaliyyət göstərir.
Kitabxananın, yeməkxananın, tibb məntəqəsinin (həkim, psixoloq mövcudluğu) yeni dərs ilinə hazırlığı.

Kollecin kitabxanasının ümumi sahəsi 200 kv.m.dir. Fondun sahəsi 140 kv.m., oxu zalının sahəsi 60 kv.m.dir.  Kitabxanada 2 ədəd stolüstü kompüter, 1 ədəd printer,  1 ədəd sürətçıxaran vardır. İnternetə çıxış var. Kitab fondunun ümumi sayı 23416 ədəd, dərslik fondunun sayı 4350 ədəddir. Bədii  ədəbiyyat 17219 ədəd təşkil edir. Kollecdə tibb otağı vardır. Otağın ümumi sahəsi 8 kv.m-dir. Otaqda ilkin tibbi yardım göstərmək üçün hər cür ləvazimat, dərman və preparatlar vardır.

Kollecin İKT ilə təchizatı və internet şəbəkəsinə qoşulması

Kollecdə 2 İKT otağı vardır. Bütövlükdə kollecdə 54 ədəd kompüter və klaviatura, 10 ədəd noutbuk və internetə birbaşa çıxış vardır. Müəllim və tələbələr güclü internet xidmətindən istifadə edirlər. Təhsil Nazirliyinin dəstəyi ilə kollecə internet xətti çəkilmişdır. Müəllim və tələbələr hər an müxtəlif elm sahələrində, yeni pedaqoji texnologiyalar və innovativ təhsil sistemində baş verən yeniliklərdən dərhal xəbərdar olur və ictimai-siyasi, beynəlxalq arenada mövcud durumla maraqlana bilirlər.

Kollecdə 10 fənn birləşmə komissiyası vardır.

  • Ana dili və ədəbiyyat
  • Kimya
  • Texniki və texnoloji fənlər
  • Xarixi dillər
  • İctimai elmlər və tarix
  • Mühasibat uçotu
  • Avtomobil nəqliyyatı
  • Pedaqogika
  • Fizika riyaziyyat
  • Xüsusi hazırlıq (ictimai əsaslarla)

Kollecdə 2016-2017- ci tədris ilində  2 nəfər dissertanturaya qəbul olunmuşdur. Onlardan Qasimov Samiddin SDU-ya, Əliyeva Gülsabah  Azərbaycan Dövlət  Aqrar Universitetinə  (sahə iqtisadiyyatı) daxil olmuş, Qurbanov Əsəd SDU-da dissertant işini bərpa etmiş, Qarayeva Aynurə elmi işini müdafiə etmişdir.
Bundan əlavə, kollecdə payız semestrində fənn birləsmələrində 49 iclas kecirilmiş, 26 metodiki iş yerinə yetirilmiş,ağıllı lövhələrdən və İKT-dən istifadə edərək interaktiv acıq dərslər kecirilmiş, bir necəsi lentə alınmışdır. Müəllimlərimiz bir çox universitetlərin buraxdığı elmi jurnallarda və digər xarici elmi jurnallarda öz məqalələrini dərc etdirmişlər.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az