Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Keyfiyyət Təminatı Şöbəsi
Keyfiyyət Təminatı Şöbəsi

   

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin yüksək keyfiyyətini təmin etmək üçün təhsil sahəsində monitorinq, keyfiyyət və fəaliyyət göstəriciləri sisteminin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında təhsil və təlim müəssisələrində, təhsil fəaliyyəti ilə məşğul olan elmi müəssisələrdə keyfiyyətin daxili təminatı sisteminin yaradılması, keyfiyyətin qiymətləndirilməsi meyarlarının mövcud olması AZMKÇ-də keyfiyyətin təmin olunmasının tələbləri sırasında vurğulanmışdır. Bu səbəbdən Sumqayıt Dövlət Universitetində daxili keyfiyyət təminatı sisteminin qurulması üçün Keyfiyyət təminatı şöbəsi yaradılmışdır. Əsası 2015-ci ildə qoyulan Keyfiyyət təminatı şöbəsi Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsi adı ilə fəaliyyətə başlamışdır. Rektorun 02.10.2015-ci il tarixli R-25/1 nömrəli əmri ilə Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsi Tədris Metodiki Mərkəzin daxilində yaradılmışdır. Rektorun 02.11.2021-ci il tarixli R-47/1 nömrəli əmri ilə Tədris Metodiki Mərkəzin Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsi və ERASMUS+EQAC layihəsi çərçivəsində yaradılmış Keyfiyyət Təminatı Mərkəzi ləğv olunaraq, onların əsasında Keyfiyyət təminatı şöbəsi yaradılmışdır.
Keyfiyyət təminatı şöbəsinin müdiri Həsənova Nərmin Rüstəm qızı təyin edilmişdir. Nərmin Həsənova 2004‒2008-ci illərdə Azərbaycan Dillər Universitetinin bakalavriat təhsil səviyyəsini, 2011‒2013-cü illərdə Azərbaycan Dillər Universitetinin magistratura təhsil səviyyəsini bitirmişdir. 2005-ci ildən müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 2016‒2021-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması şöbəsində çalışmışdır.
Şöbənin əsas məqsədi tədrisin və dəstək xidmətlərinin (tibbi, psixoloji, tütor xidməti, yataqxana, yeməkxana və s.) keyfiyyətinin planlaşdırılması, nəzarəti və davamlı inkişaf funksiyalarını icra edən tələbəyönümlü tədris mühitinin dəstəklənməsi, tədris-metodiki işin məzmun, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi və tədris prosesi ilə bağlı metodiki materialların keyfiyyətinə, dövlət standartlarının tətbiqinə nəzarət etməkdir. Keyfiyyət təminatı şöbəsi SDU-nun keyfiyyət təminatına və inkişafına yönəlmiş strategiyaların, siyasətlərin və prosedurların formalaşdırılmasına, nəzərdən keçirilməsinə və icrasına, eləcə də keyfiyyət mədəniyyətinin (hər bir kəsin keyfiyyət baxımından bərabər məsuliyyəti bölüşməsi) təmin olunmasına dəstəyi həyata keçirir.
 


 

 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az